AZ | RU | EN home letter

Əziz valideynlər!


Uşaqlar bizim gələcəyimizdir. Bu sözləri biz hər yerdə və hər zaman eşidirik. Amma əsl mənasını ailə və övlad sahibi olandan sonra başa düşürük. Budur, Vağzalı artıq çalınıb, toy təntənəsi və təbriklər arxada qalıb. Tezliklə həyatınıza kiçik bir insan daxil olacaq. O, zəif və müdafiəsizdir, bütün ümüdləri Sizə bağlıdır, həyatı və gələcəyi Sizdən asılıdır. Siz onu qarşılamağa hazırsınızmı? Ona firavan həyat və sağlam gələcək verə biləcəksinizmi? Biz bu suallara cavab tapmaqda Sizə kömək etməyi qarşımıza məqsəd qoymuşuq.

Əgər Sizə layiq olduğunuz gələcəyin təmin edilməsi, uşaqlarınızın lar erkən yaşlardan sağlam, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasını, məktəb təliminə klassik pedaqoqların, müasir psixoloqların metodlarına əsasən hazırlanmasını istəyirsinizsə “Gələcək Nəsil” valideynlər klubu bu işdə Sizə yardımçı olmağa hazırdır.

“Gələcək Nəsil” valideynlər klubunda çalışan yüksək ixtisaslı və müxtəlif profilli mütəxəssislər- psixoloq, akuşer- psixoloq, pediatr- neonatoloq, dietoloq, pedaqoqlar övladınızın problemsiz dünyaya gəlməsi, sağlam və gümrah böyüməsi, hər zaman Sizi öz uğurları ilə sevindirməsi üçün Sizə kömək edəcəkdir. Bizim məqsədimiz həyatınızin firavan, ailənizin möhkəm və əhvalınızın həmişə xoş olmasına nail olmaqdır. Klubumuzun hər bir üzvünə fərdi yanaşma, şəxsin psixoloji portretinin bütün incəliklərinin nəzərə alınması bizim fərqli cəhətimizdir.

Xəbərlər

24.08.2010

Klubun yeni üzvlərindən aşağıdakı sənədlər tələb olunur...


|  Davamı
03.06.2010

İyun ayının 3- dən 15- nə kimi “ Gələcək Nəsil ” Valideynlər Klubunda silsilə bayram tədbirləri keçirildi.Tədbirlər 1 iyun “ Dünya uşaqlarının müdafiə günü ”, 28 may “ Respublika günü ” və məktəbəhazırlıq qruplarının...


|  Davamı
20.05.2010

“Gələcək Nəsil” Valideynlər Klubunda May ayının 20-dən iyunun 31-nə qədər ailə və uşaq problemləri ilə bağlı psixoloq Nigar xanım Ələkbərova ilə görüş keçiriləcək


|  Davamı