AZ | RU | EN home letter

Gələcək Nəsil


Yaradıcılar | Mütəxəssislər

 "Gələcək Nəsil" valideynlər klubu 2006-cı ilin mart ayından fəaliyyət göstərir. Azərbaycanda bu cür klubun yaradılmasına böyük ehtiyac vardı.

XX əsrin 30- 40-cı illərində İngiltərəli həkim Dik Qrant Rid, Amerikalı qinekoloq Robert Brendli və Fransalı həkim Fernand Lameys hamilə qadınların doğuş öncəsi xüsusi hazırlığa ehtiyacları olması ideyasını irəli sürdülər. Qərbi Avropada və Amerikada bu cür klublar keçən əsrin 60-cı illərindən fəaliyyət göstərir. Bu məktəblərdə hamilələrə nəzəri biliklər verilirdi. Hamilələrə doğuş öncəsi sancılar zamanı ağrıları yüngülləşdirmə üsulları, düzgün nəfəs alma, masaj, əzələləri boşaltma qaydaları öyrədilirdi. Zaman keçdikcə bu məktəbi bitirmək artıq bir ənənəyə çevrilirdi. Artıq 80-ci illərdə hamilələrin böyük əksəriyyəti bu məktəbləri bitirirdilər. Yaxın qonşumuz olan Rusiyada bu cür məktəblər 90-cı illərdə həvəskarlar tərəfindən açılmışdır.

Doğma Vətənimizdə bu cür klubun yaradılmasına böyük ehtiyac vardı. Dünyaya gələcək körpənin sağlam olması və doğuşun az ağrılı keçməsi üçün hər bir qadın öz orqanizmində hamiləlik və doğuş zamanı nə baş verdiyin bilməlidir. Qadın tərəfindən yaşanan doğuş qorxusu sonda gərginliyə və ağrılara yol açır. Düzdür həkimlər müalicəni təyin edirlər, analız götürürlər, amma qadını psixoloji cəhətdən doğuşa hazırlamağa çox zaman vaxt olmur.

"Gələcək Nəsil" valideynlər klubunun məqsədi hamilə qadınlarda doğuş öncəsi qorxunu ləğv etmək, doğuşu yüngül və təhlükəsiz etmək üçün qadını öz gücünə inandırmaq, doğuşu asanlaşdırmaq və təhlükəsizləşdirmək, körpənin ana südü ilə qidalanması şansını artırmaqdır.

Dünyaya sağlam övlad gətirmək hər bir ananın arzusudur- bizim məqsədimiz bu arzuya çatmaqda hamilə qadınlara kömək etməkdir.

Digər məqsədimiz qadınlar arasında qeysər kəsiyi ilə uşaq doğumunun qarşısını almaqdır. Bizim məşğələlərdə gələcək analar təbii yolla doğuşun həm anaya, həm də uşağa nə qədər xeyirli olduğun öyrənirlər. Ana südünün məlhəm, böyüyən orqanizm üçün həyat cövhəri olduğu çoxdan sübuta yetirilib. Ana südü həm uşağın orqanizminin inkişafına kömək edir, həm də immuniteti artırır. Biz analara uşağın döşlə əmizdirilməsinin ana orqanizmi üçün nə qədər xeyirli olmasını, gələcəkdə hansı fəsadların qarşısını almasını da başa salırıq. Bizim mütəxəsislər laktasiyanı artırmağı öyrədirlər. Psixoloq gənc ananı uşağı döşlə əmizdirməyə, südünü artırmağa psixologi cəhətdən hazırlayır.

 Bizim hamiləlik məktəbini keçmiş qadınlar APQAR cədvəli üzrə 8-9 bal yığan sağlam körpələr dünyaya gətirirlər. Bir çox akuşer –ginekoloqlar bunun Azərbaycan reallığı üçün bir möcüzə olduğun deyirlər.

"Gələcək Nəsil" valideynlər klubu bütün ailə üçündür. Arzu edənlər bu kurslara həyat yoldaşları ilə bərabər gələ bilərlər. Onlara dərslər fərdi şəkildə keçriləcəkdir.

Bilirsinizmi insanın öyrənmə qabiliyyətinin 50% həyatının ilk 3 ilində inkişaf edir. Qalan 30% 3 yaşından 8 yaşına qədər inkişaf edir. Onun gələcəkdə ömrü boyu yiyələnəcəyi biliklər bu fundamet əsasında formalaşır.

Uşağın tərbiyəsi ilə nə vaxtdan məşğul olmaq lazımdır? Onunla necə məşğul olmaq lazımdır? Hansı metodlara üstünlük verməli? Uşağın hormonik inkişafı, yüksək intellektə sahib olması və gələcəkdə uğur qazanması üçün onunla anadan olandan sistematik şəkildə məşğul olmaq lazımdır. Bizim klubumuzda uşaqlar üçün məşğələlər etnopedaqogikanın ənənələri, klassik və müasir pedaqogikanın və psixologiyanın nailiyyətləri əsasında qurulub. İnkişaf etdirici mühit, kompleks metodlar, didaktik materiallar uşağın tam inkişafını təmin edir. Bu məşğələlərdə analar və dayələrin iştirakı vacibdir.

 Bizim tətbiq etdiyimiz metodlar çox sadə olmaqla, uşaq beyninin təbii inkişaf qanunlarına uyğundur. Uşaq beyni üçün əsas impuls, ötrücü siqnal sözdür. Ona görə də, uşağın nitqi vaxtında və düzgün inkişaf etdirilməlidir. Uşaq onu əhatə edən səs və söz dünyasında yaşamalıdır. Uşaq ünsiyyətə girməklə ətraf aləmi öyrənir, onun diqqəti, yaddaşı, təfəkkürü inkişaf edir. Onda öyrənməyə həvəs, bilik, təcrübə, bacarıqlar yaranır və uşaq bir şəxsiyyət kimi inkişaf edir.

Bizim tətbiq etdiyimiz bu iş sistemi həm normal, həm də nitqində bəzi qüsurlar olan uşaqlar üçün də yararlıdır. Ən əsası zamanı əldən verməyin. Məqsədimiz bu məsuliyyətli və çətin işdə valideynlərə kömək etməkdir. Biz hər zaman köməyə gəlməyə hazırıq.

Xəbərlər

02.05.2017

"INGILIS DİLLİ YAY DÜŞƏRGƏSİ"


|  Davamı
14.04.2017

Gələcək nəsil - "MOM`s Festival" da


|  Davamı
05.04.2017

Menar (zehni hesablama) - "Gələcək nəsil"də


|  Davamı