Faydalı məsləhətlər
Biz oynayırıq! | Apqar cədvəli nədir? | Anamın laylası | Ana, ata – məktəbə getmək vaxtıdır! | 5-6 yaşlı uşaq bunları bacarmalıdır | Sizcə loqopedə nə zaman müraciət etmək lazımdır? | Uşaq nitqinin inkişafı | Loqopedik məşğələlər | Nitqin düzgün inkişafı | Kiçik matorikanın inkişafı
Apqar cədvəli nədir?
Apqar cədvəli nədir?
Uşaq doğulan kimi həkimlər onu müayinə edir, sağlamlığını qiymətləndirirlər. Uşağın keçdiyi bu ilk test Apqar cədvəli adlanır. Körpənin sağlamlığı 5 əsas göstərici üzrə qiymətləndirilir:- Ürək döyüntüsü
- Nəfəs alma
- Dərinin rəngi
- Reflekslər
- Əzələ tonusu
“Gələcək Nəsil” Valideynlər Klubunda hamiləlik kursları keçən xanımlar Apqar cədvəli üzrə yüksək bal yığan uşaqlar dünyaya gətirirlər. Bu xanımlar analıq məktəbində düzgün nəfəs alma qaydalarına yiyələnirlər. Eyni zamanda aromaterapiya, musiqili terapiya, bətn daxili ünsiyyət, fitness, doğuş zamanı düzgün davranış qaydalarını bilmələri doğuş prossesini kifayət qədər nəzarətdə saxlamağa imkan verir. “Gələcək Nəsil” Valideynlər Klubunda hamiləlik kursları keçmiş xanımlardan 10 nəfəri dünyaya Apqar cədvəli üzrə 9 bal yığan uşaq gətiriblər. Statistika orta gösrəticinin 8 bal olduğun göstərir. Bir çox akuşer-ginekoloqlar bunun Azərbaycan reallığı üçün bir möcüzə olduğunu söyləyirlər.
İndi bu cədvəllə daha yaxından tanış olaq:
Göstərici | Normada | Körpənin vəziyyəti | Qiymət |
Ürək - damar sisteminin vəziyyəti | Yeni doğulan uşaqların ürəyi böyüklərə nisbətən daha sürətlə döyünür. Əgər böyüklərin nəbzi dəqiqədə 70-90 dəfə vurursa, körpələrdə bu göstərici 120-130-dur. Körpədə bu göstəricinin aşağı olması normaya ziddir. Deməli, uşaq doğuş zamanı oksigen çatışmazlığına məruz qalıb. | Nəbz normaldır. Uşağın ürəyi dəqiqədə 100 dəfə döyünür. Ürək fəaliyyəti yoxdur. | 2 bal 1 bal 0 bal |
Nəfəs alma | Yeni doğulan uşaq dəqiqədə 40- 55 dəfə nəfəs alır. Bu cür nəfəs alma normaldır. | Göstəriciyə uyğun nəfəs alır. Nəfəs alma müntəzəm deyil. Nəfəs almır. | 2 bal 1 bal 0 bal |
Əzələ tonusu | Yeni doğulan uşaqlarda əzələlər daha yaxşı bükülür. Onlara məxsus pozada bununla izzah olunur. Uşaq uzanıb, qollarını sinəsinə, barmaqlarını isə yumruq kimi sıxır. Ayaqları qarına doğru bükülüb. | Sağlam uşaq əlləri və ayaqları ilə aktiv hərəkət edir. Asta və tənbəl hərəkət edir. Əzələ tonusu yoxdur. | 2 bal 1 bal 0 bal |
Reflekslər | Uşaqda bütün reflekslər- xüsusi ilə də, qışqırma refleksi olmalıdır. Uşaq ananın döşünü əmməlidir. | Refleslər var, uşaq hündürdən, uzun müddət qışqırır, döşə yaxınlaşdıranda səsini kəsir Uşağın səsi astadır, arada kəsilir, bəzən ciyiltini xatırladır. Uşaq qışqırmır | 2 bal 1 bal 0bal |
Dərinin rəngi | Yeni doğulan uşağın dərisinin rəngi solğun və parlaq çəhrayı rənglər arasında ola bilər. | Dərinin rəngi normaldır. Bədəninin bəzi hissələri “göyərmişdir”. (Dodaqları və ya ətrafları) Uşaq solğun və ya göyərmiş doğulub. | 2 bal 1 bal 0 bal |